Robinyo Türkiyə klubu ilə razılığa gəldi

Braziliyalı futbolçu Robinyo "Sivasspor"a keçib. SportLine.az xəbər verir ki, bu barədə "Fanatik" məlumat yayıb.

Xəbərdə futbolçu ilə 1,5 illik müqavilə imzalanacağı bildirilib. Onun münasibətlər sabah rəsmiləşdiriləcək.

Qeyd edək ki, Braziliya millisinin sabiq üzvü "Real", "Milan" və "Mançester Siti" kimi klubların da şərəfini qoruyub.