Rodri ən yaxşı seçildi
Futbol üzrə 2026-cı il dünya çempionatının ən yaxşı futbolçusu müəyyənləşib.
Sportline.az FİFA-nın saytına istinadən xəbər verir ki, bu, İspaniya millisinin yarımmüdafiəçisi Rodri olub.
İspaniya millisinin kapitanı mundial ərzində komandasının keçirdiyi bütün 8 oyunda iştirak edib. O, qol vurmasa və qol ötürməsi verməsə də, komandası turnir boyu cəmi 1 qol buraxaraq ikinci dəfə dünya çempionu olub.
Xatırladaq ki, İspaniya finalda Argentinanı 1:0 hesabı ilə məğlub edib. Bununla da sözügedən yığma tarixində ikinci dəfə dünya çempionu adına yiyələniblər.