Rodriqo qərarını verdi
"Real Madrid"in brazilyalı futbolçusu Rodriqo mövsümün sonunda klubdan ayrılmaq istəyir.
Sportline.az "Marca" qəzetinə istinadən xəbər verir ki, Rodriqo "Real"da xoşbəxt deyil.
24 yaşlı vingerin klubla müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Rodriqo bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 50 matçda 13 qol 10 məhsuldar ötürmə müəllifi olub.