Rodriqo qərarını verdi

"Real Madrid"in brazilyalı futbolçusu Rodriqo klubdaki gələcəyi ilə bağlı qərar verib.

Sportline.az "Marca" qəzetinə istinadən xəbər verir ki, Rodriqo "Real"dan ayrılmaq niyyətində deyil.

Oyunçu klubla yeni müqavilə imzalamaq istəyir.

Qeyd edək ki, Rodriqo bu mövsüm meydana çıxdığı 50 matçda 13 qol 10 asistlə yadda qalıb.