Rodriqo qərarını verdi

"Real Madrid"in brazilyalı futbolçusu Rodriqo "Arsenal"a transfer olmaq istəmir.

Sportline.az "Marca" qəzetinə istinadən xəbər verir ki, futbolçu "Real"da qalmağa üstünlük verir.

Madrid klubunun baş məşqçisi Xabi Alonso Rodriqonun önəmli fiqur olduğunu söyləyib.

Qeyd edək ki, 24 yaşlı futbolçu ötən mövsüm çıxış etdiyi 51 matçda 14 qol 10 asistlə yadda qalıb.

Onun "Real Madrid"lə müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.

Xatırladaq ki, "Arsenal" Rodriqo üçün 100 milyon avro ödəməyə hazırdır.