Rodriqo "Real Madrid"dən ayrılmaq istəyir

"Real Madrid"in brazilyalı futbolçusu Rodriqo mövsümün sonunda klubdan ayrılmaq istəyir.

Sportline.az xəbər verir ki, bu haqda nüfuzlu "Marca" nəşri məlumat yayıb.

24 yaşlı vingerin "Real"la müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, Rodriqo bu mövsüm çıxış etdiyi 50 matçda 13 qol 10 asist müəllifi olub.

Onun transfer qiyməti 100 milyon avro olaraq təyin olunub.

Xatırladaq ki, Rodriqo 2019-cu ilin yayında "Santos"dan "Real Madrid"ə 45 milyon avro qarşılığında transfer olmuşdu.