Rodriqo üçün İngiltərə nəhəngləri hərəkətə keçib

"Real Madrid"in brazilyalı futbolçusu Rodriqo gələcəyi sual altındadır.

Sportline.az "Diario As" qəzetinə istinadən xəbər verir ki, "Arsenal", "Çelsi" və "Mançester Siti" Rodriqonu transfer etmək üçün hərəkətə keçib.

Madrid klubunun baş məşqçisi Xabi Alonso 24 yaşlı futbolçunun klubdan ayrılmasının əleyhinədir.

Qeyd edək ki, Rodriqonun "Real"la müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.

Onun hazırkı dəyəri 100 milyon avro olaraq qiymətləndirilir.

Xatırladaq ki, Rodriqo 2019-cu ilin yayında "Santos"dan "Real Madrid"ə 45 milyon avro qarşılığında transfer olmuşdu.