"Roma" - "Bayer": Heyətdə itkilər var
Bu gün UEFA Konfrans Liqasında 1/2 final mərhələsi başlanır.
Sportline.az xəbər verir ki, "Roma" ilə Leverkuzen "Bayer"i ilk oyunu İtaliya paytaxtında keçirəcək.
İtaliya A seriyasında qeyri sabit oyun nümayiş etdirən "Roma" Avroliqada qələbəyə əsas namizədlərdən sayılır. Elə "Bayer" Leverkuzen də yarışa yalnız iştirak naminə qatılmayıb. Rəqiblərin ilk matçına meydan sahibləri favorit qismində çıxacaqlar. Komandaların heyətində ciddi itikilər var. Meydan sahiblərindən Rik Krasdrop, Nikolin Kumbulla və Dieqo Lorente zədəli olduğundan oyunu buraxacaq. El Şaravi ilə Kris Smollinqin iştirakı da sual altındadır.
Qonaqlarda isə Kərim Bellarabi, və Patrik Şik zədəlidir. Görüşün baş hakimi ingiltərəli Maykl Oliverdir.
Qeyd edək ki, oyun Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.