"Yuventus" və "Roma" kubokla vidalaşdı
İtaliya Kubokunda 1/4 final mərhələsi davam edir. SportLine.az xəbər verir ki, növbəti oyun günündə yarımfinala yüksələn daha iki komanda müəyyənləşib.
Çempionatın lideri - "Yuventus" "Atalanta"ya uduzmaqla mübarizəni erkən dayandırıb.
"Fiorentina" isə "Roma"ya futbol dərsi keçib.
30 yanvar 2019
İtaliya Kuboku
1/4 final
“Fiorentina” – “Roma” – 7:1
QOLLAR: Kyeza, 7, 18, 74, Muriel, 33, Benazzi, 66, Simeone, 79, 89 – Kolarov, 28
“Atalanta” – “Yuventus” – 3:0
QOLLAR: Kastanye, 37, Zapata, 39, 86