"Roma" fanatları üçün əlamətdar tarix

28 mart, "Roma" fanatları üçün əlamətdar tarixdir.

Sportline.az xəbər verir ki, 1993-cü ilin məhs bu günü, "Roma" fanatlarının sevimlisi, klubun simvollarından sayılan Françesko Totti əbədi sadiq qaldığı komandanın heyətində debüt edib.

16 yaşlı Françesko, peşəkar karyerasının ilk görüşündə, "Breşia"ya qarşı oynayıb. Totti, "Roma"nın 2-0 hesabı ilə qalib gəldiyi oyunun sonlarında meydana çıxıb. 

Qeyd edək ki, doğma komandasının heyətində 785 oyun keçirən Totti, rəqib qapılarına 307 qol vurub. O, bütün karyerası boyu şərəfini qoruduğu "Roma" ilə, İtaliya çempionu, İtaliya kuboku və Super kubokunun sahibi titullarını qazanıb.