"Roma"dan "Benfika"ya keçib
"Roma" futbolçusu Samuel Dalı icarəyə verib.
Sportline.az xəbər verir ki, bu barədə İtaliya klubunun mətbuat xidməti məlumat yayıb.
21 yaşlı sol cinah müdafiəçisi Portuqaliyanın "Benfika" klubuna keçib. İsveçli futbolçu ilə cari mövsümün sonuna qədər icarə müqaviləsi imzalanıb.
Samuel Dal yeni komandasında 26 nömrəli forma ilə çıxış edəcək.
Qeyd edək ki, o cari mövsümdə bütün turnirlərdə cəmi 4 matçda meydana çıxıb.