"Roma"dan heç-heçə, "Marsel" məğlub oldu

Bu gün Konfrans Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçirilib.

Sportline.az xəbər verir ki, pley-off mərhələsində "Qarabağ"ı mübarizədən kənarlaşdıran "Marsel" səfərdə "Feyenoord"la üz-üzə gəlib və 2:3 hesabı ilə uduzub. "Roma" isə "Lester"in qonağı olub. Görüş 1:1 hesabı ilə başa çatıb.

Qeyd edək ki, yarımfinal mərhələsinin cavab oyunları mayın 5-də keçiriləcək.

UEFA Konfrans Liqası, yarımfinal

İlk oyunlar

28 aprel

23:00. "Feyenoord" (Niderland) - "Marsel" (Fransa) - 3:2

Qollar: Dessers, 18 (1:0), Sinisterra, 20 (2:0), Dienq, 28 (2:1), Gerson, 40 (2:2), Dessers, 46 (3:2)

Baş hakim: Maykl Oliver (İngiltərə)

23:00. "Lester" (İngiltərə) - "Roma" (İtaliya) - 1:1

Qollar: Pelleqrini, 15 (0:1), Mançini, 67-avtoqol (1:1)

Baş hakim: Karlos del Serro (İspaniya)