"Roma"nı ispaniyalı mütəxəsis çalışdıra bilər
"Roma" italiyalı baş məşqşçisi Klaudiyo Ranyeri ilə yollarını ayırıb.
Sportline.az "Repubblica" nəşrinə istinadən xəbər verir ki, "Roma"nın rəhbərliyi klubun sükanı arxasına ispaniyalı çalışdırıcı Sesk Fabreqası gətirmək niyyətindədir.
38 yaşlı mütəxəsis hazırda "Komo" klubunun baş məşqçisidir. Onun klubla müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Fabreqas futbolçu kimi "Barselona", "Arsenal", "Çelsi", "Monako" və "Komo" kimi klublarda çıxış edib.