Romero "Tottenhem"i İspaniya nəhənginə dəyişir
"Tottenhem"in argentinalı futbolçusu Kristian Romero karyerasını İspaniya La Liqasında davam etdirməyə yaxındır.
Sportline.az "The Sun Football" nəşrinə istinadən xəbər verir ki, "Real Madrid" K.Romeronu transfer siyahısına əlavə edib.
27 yaşlı futbolçunun "Tottenhem"lə müqaviləsi 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Kristian Romero üçün London klubu 60 milyon avro tələb edir.