Ronald əməliyyat olundu

"Barselona"nın futbolçusu Ronald Arauxo əməliyyat olunub.

Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, uruqvaylı müdafiəçinin əməliyyatı Finlandiyanın Turku şəhərində gerçəkləşib.

Qeyd edək ki, Arauxo İrana 0:1 hesabı ilə uduzduqları yoldaşlıq görüşündə zədələnib. Onun Qətərdə keçiriləcək dünya çempionatını buraxacağı ehtimal olunur.