Ronaldinyo həbsxanada vaxtını belə keçirir

Məşhur braziliyalı futbolçu Ronaldinyo Paraqvaydakı həbsxanada keçirilən turnirin qalibi olub.

Sportline.az xəbər verir ki yarışın final oyununda, onun komandası rəqibi 11:2 hesabı ilə qalib gəlib. Ronaldinyo bu görüşdə 5 qol vurub və 6 məhsuldar ötürmə edib.

Ronaldinyonun komandası bu qələbəyə görə 16 kq-lıq donuz balası qazanıb.

Ronaldinyo və qardaşı Roberto de Assis Moreyra Asunsyon Paraqvay hava limanında saxta pasport təqdim edib. Martın 5-də yerli prokurorluq "sambaçılar"ın həbsinə dair order versə də, ertəsi gün sabiq futbolçu azadlığa çıxıb. Lakin bir neçə saat sonra Ronaldinyo baş prokurorluğun sorğusu əsasında yenidən saxlanılıb. Məhkəmə onun həbsinin 6 ay uzadılmasını qərara alıb.