Ronaldinyonun Koutinyoya məsləhəti

"Barselona" Futbol Klubunun rəsmi "YouTube" kanalı maraqlı video hazırlayıb. SportLine.az xəbər verir ki, videonun əsas qəhrəmanları kataloniya klubunun yeni transferi Filipe Koutinyo və "Barsa"nın əfsanəsi Ronaldinyodur. 

F.Koutinyo: "Özünü qəhrəmanla müqayisə etmək çətindir. Ronaldinyo mənimlə yanaşı, çox sayıda insanın və "Barsa" fanatlarının qəhrəmanıdır. Çünki, o, burada yeni bir səhifə açıb. Onun etdiklərinin və uğurlarının kiçik bir hissəsini təkrarlaya bilsəm, bu, möhtəşəm olar. Başa düşürəm ki, bunun üçün çox çalışmalıyam və daha sonra nələrin yaşanacağını görəcəyik".

Ronaldinyo: "Salam, Koutinyo. Səninlə danışan Ronaldinyodur. Sənə dünyadakı bütün uğurları arzu edirəm. Hər şeyini ver və insanları  onların istədiyi şeylərlə xoşbəxt et. Özündən həzz al, hamı səni izləyəcək.Yaxşı? Hər şey ürəyincə olsun".