Ronaldo ardıcıl 16 mövsüm bunu bacardı
İngiltərə Premyer Liqasının 29-cu turunda "Tottenhem"lə matç "Mançester Yunayted"in futbolçusu Kriştiano Ronaldo üçün daha bir səbəbdən əlamətdar olub.
Sportline.az xəbər verir ki, 37 yaşlı hücumçu görüşdə het-trik edərək bu mövsüm Premyer Liqada vurduğu qolların sayını 12-yə çatdırıb. Beləliklə, Ronaldo ardıcıl 16 mövsüm çıxış etdiyi komandalarla yerli çempionatda ən az 10 qol vurmuş olub.
Bu 16 mövsümdən 12-də Ronaldo ən 20 qolla yadda qalıb.
Qeyd edək ki, Ronaldo ötən gün het-trik etməklə karyerasındakı qollarının sayını 807-ə çatdıraraq futbol tarixinin ən yaxşı bombardiri adına yiyələnib.O, keçmiş çexoslovakiyalı futbolçu Yozef Bitsanın rekordunu (805) qırıb.