Ronaldo het-trik etdi, dünya rekordu qırdı
İngiltərə Premyer Liqasında 29-cu turun oyunları davam edir.
Sportline.az xəbər verir ki, turun mərkəzi matçında "Mançester Yunayted" doğma meydanda "Tottenhem"i qəbul edib. Qarşılaşma "qırmızı şeytanlar"ın 3:2 hesablı qələbəsiylə başa çatıb.
Meydan sahiblərindən Kriştiano Ronaldo het-trik edib. Bununla da o, karyerasındakı qollarının sayını 807-ə çatdıraraq futbol tarixinin ən yaxşı bombardiri adına yiyələnib. 37 yaşlı hücumçu keçmiş çexoslovakiyalı futbolçu Yozef Bitsanın rekordunu (805) qırıb.
"Mançester Yunayted" - "Tottenhem" - 3:2
Qollar: Kriştiano Ronaldo, 12, 38, 81 - Harri Keyn, 35-pen, Harri Maquayr, 72-avtoqol