Ronaldo: “Ona ən böyük uğurları arzu edirəm”

Kriştiano Ronaldo “Mançester Yunayted”in yeni baş məşqçisi Ruben Amorim haqqında danışıb.

Sportline.az insayder Fabritsio Romanonun paylaşımına istinadən xəbər verir ki, 39 yaşlı ulduz futbolçu Ruben Amorimə “Mançester Yunayted”də uğurlar arzulayıb.

“Ruben Amorimə böyük uğurlar arzu edirəm. “Mançester Yunayted”in buna çox ehtiyacı var. Ruben Amorim öz üzərində çalışan insandır. Klub üçün uğurlu olacağına inanıram” – deyə Kriştiano Ronaldo bildirib.

Qeyd edək ki, Ruben Amorim “Mançester Yunayted” ilə 2027-ci ilin iyun ayınadək müqavilə imzalayıb.