Ronaldo qərarını Avro-2020-dən sonra verəcək

"Yuventus"un hücumçusu Kriştiano Ronaldo Turin klubundan ayrılmaq niyyətindədir.

Sportline.az ESPN-ə istinadən xəbər verir ki, portuqaliyalı oyunçu müxtəlif karyera seçimlərini araşdırır. Lakin 36 yaşlı futbolçu son qərarı Avro-2020 başa çatdıqdan sonra verəcək.

Ronaldonun maraq dairəsində olan klublar sırasında "Real", "Mançester Yunayted" və PSJ var.

Qeyd edək ki, Kriştianonun Turin təmsilçisi ilə müqaviləsi 2022-ci ilin yayında başa çatır.