Ronaldu revanş döyüşündə olacaq
Portuqaliya millisi və "Əl-Nəsr"in kapitanı Kriştianu Ronaldu döyüş növlərinə marağı ilə seçilir.
Sportline.az xəbər verir ki, ulduz futbolçu daha bir boks gecəsinə qatılmağı planlaşdırır.
Onun Artur Beterbiyevlə Dmitri Bivolun mütləq dünya çempionluğu uğrunda revanş döyüşünü izləyəcəyi bildirilir.
Təşkilatçıların TASS-a verdiyi məlumata görə, Ronalduya artıq xüsusi dəvətnamə göndərilib.
Qeyd edək ki, sözügedən döyüş fevralın 22-də Ər-Riyadda keçiriləcək.