"Rostov"un futbolçusu karyerasına Türkiyədə davam edəcək

Müqavilə ilə "Rostov"a məxsus olan Ali Sou "Rizespor"a keçə bilər.

Sportline.az xəbər verir ki, bu barədə qambiyalı futbolçunun agenti Luidji Sorrentino məlumat yayıb.

Onun sözlərinə görə transfer icarə əsasında gercəkləşəcək.

30 yaşlı hücumçu 2022-ci ildən "Ankaragücü" klubunda çıxış edir.

Qeyd edək ki, Sou ötən mövsüm paytaxt klubunun heyətində 30 oyunda 6 qolla yadda qalıb.Futbolçunun "Rostov"la müqaviləsi 2025-ci ildə başa çatacaq.