"Rostov"un oyunçusu uzun müddət yaşıl meydanlardan uzaq qalacaq
"Rostov"un misirli müdafiəçisi El-Askalani dizindəki çarpaz bağın yırtılması səbəbindən 6-7 ay yaşıl meydanlardan kənarda qalacaq.
Sporline.az xəbər verir ki, bunu komandanın baş məşqçisi Valeriy Karpin deyib.
55 yaşlı mütəxəssis Matç TV telekanalına müsahibəsində "El-Askalani çarpaz bağ yırtığı görə 6-7 ay yaşıl meydanlardan kənarda qalacaq. Komliçenkoya gəlincə, o, iki həftə ərzində qayıdacaq" deyib.
Qeyd edək ki, 19 yaşlı müdafiəçi Premyer Liqanın 8-ci həftəsində "Krasnodar"a qarşı keçirilən görüşdə zədələnib.