RPL-da bu gün
Rusiya Premyer Liqasında 10-cu tura start verilir.
Sportline.az xəbər verir ki, bu gün 2 görüş keçiriləcək.
İlk olaraq meydana "Orenburq" və "Pari NN" komandaları çıxacaqlar. "Gazovik" stadionundakı qarşılaşma 17:30-da başlayacaq.
Daha sonra "Fakel" doğma meydanda "Rubin"i qəbul edəcək. Bu matçın start fiti 20:00-da səslənəcək.
Qeyd edək ki, 9 turdan sonra yarış cədvəlinə 23 xalla "Zenit" başçılıq edir. "Krasnodar" və "Lokomotiv" hərəyə 21 xalla 2-ci və 3-cü yerləri bölüşürlər.