Hakimlərin 2024/2025 mövsümü üçün formaları təqdim olunub
Rusiya Futbol İttifaqı (RFU) və "Jögel" brendi hakimlər üçün hazırlanan yeni formaları təqdim edib.
Sportline.az Sport24.ru-ya istinadla xəbər verir ki, yeni mövsümdə hakimlərin geyinəcəyi köynəklər qırmızı, qara, sarı və mavi rəngdə, corablar qara rəngdə olacaq. Formanın çiyinlərində və kürəyində ziddiyyətli əlavələr, yaxasının daxili tərəfində isə Rusiya bayrağının rəngləri var.
Formanın istehsalında PerFormDRY texnologiyasından istifadə edilmişdir. O, rütubətin çıxarılmasına və bədən istiliyinin tənzimlənməsinə kömək edir, gərgin məşq zamanı hakimin özünü rahat hiss etməsinə imkan verir.
Qeyd edək ki, forma Rusiyanın aparıcı idman avadanlıqları istehsalçısı və Rusiya milli futbol komandalarının forma təchizatçısı olan "Jögel" tərəfindən hazırlanmışdır.