RPL-ın debütantı özbəkistanlı futbolçunu transfer edib

Özbəkistanlı futbolçu Şerzod Esanov "Akron" klubunun sıralarına qoşulub.

Sportline.az Tolyatti klubunun rəsmi hesabına istinadla xəbər verir ki, 21 yaşlı futbolçu ilə yaxın günlərdə rəsmi müqavilə imzalanacaq.

Esanov "Akron"a "Andijan" klubundan keçib.O, sabiq komandasında 37 oyuna 5 qol vurub. Futbolçu ölkəsinin "Olimpik" klubunda da çıxış edib.(13 oyun; 1 qol).

Qeyd edək ki, Esanov 2023-cü ildə Özbəkistanın gənclər komandası ilə U-20 Asiya Kubokunun qalibi olub.Gənc oyunçu həmin turnirdə 1 qol vurub.