Ruben Amorim: “Böyük bir klubuq, amma böyük bir komanda deyilik”
“Mançester Yunayted”in portuqaliyalı çalışdırıcısı Ruben Amorim jurnalistlərə müsahibəsində maraqlı açıqlaması ilə gündəmə gəlib.
Sportline.az xəbər verir ki, “Sky Sports” kanalına müsahibə verən Amorim bu fikirləri səsləndirib;
“Böyük bir klubuq, amma böyük bir komanda deyilik. Bunu deməyimdə heç bir problem yoxdur, çünki onsuz da bunu bilirik. Burada hər zaman yüksək gözləntilər olacaq, çünki klub çox böyükdür və keçmişdə böyük uğurlar qazanıb. Oyunçularımız çətin bir vəziyyətdə olduğumuzu anlamalıdırlar. Liqanın ən yaxşı komandalarından biri deyilik. Hər an mübarizə aparan, geri və ya irəli qaçan bir komanda deyilsinizsə, Premyer Liqada çempionluq şansınız çox aşağıdır. Qazanmaq istəyiriksə, bunu etməliyik. Dünyanın ən yaxşı 11 oyunçusu meydanda olsa belə, qaçmadan heç nə qazana bilməzsiniz”, - deyə Ruben Amorim bildirib.