Ruben Amorim: “Buraya kuboklar qazanmaq üçün gəlmişəm”

“Mançester Yunayted”in portuqaliyalı çalışdırıcısı Ruben Amorim klubdaki məqsədləri haqqında danışıb.

Sportline.az xəbər verir ki, Ruben Amorim “Sky Sports”a müsahibə verirkən bu fikirləri səsləndirib;

“Bu, tamamilə fərqli bir dünyadır. Görüləsi çox şey var. Burada sadəcə məşqçi deyilsiniz. Son bir neçə ilə baxmayaraq, siz klub tarixinin ağırlığını hiss edirsiniz və onun bir hissəsi olmaq istəyirsiniz. Buraya kuboklar qazanmaq üçün gəlmişəm. Əsas məqsədim bu klubu yenidən zirvəyə çıxarmaqdır”, - deyə Ruben Amorim bildirib.