Ruben Amorim fransalı futbolçunu “Mançester Yunayted”də görmək istəyir

“Mançester Yunayted”in portuqaliyalı çalışdırıcısı Ruben Amorim “Milan”ın fransalı futbolçusu Teo Hernandezi komandasında görmək istəyir.

Sportline.az insayder Saşa Tavolierinin məlumatına istinadən xəbər verir ki, İngiltərə klubunun rəhbərliyi yanvar ayında Teo üçün “Milan”a rəsmi təklif göndərəcək.

“Milan” klubunun rəhbərliyi Teo Hernandezin transfer qiymətini 70 milyon avro olaraq təyin edib.

Qeyd edək ki, 27 yaşlı futbolçunun “Milan”la müqaviləsi 2026-cı ilin iyun ayına qədər nəzərdə tutulub.