Ruben Amorim: “Ser Aleks Fergüsonu kopyalamaq çətindir”
“Mançester Yunayted”in portuqaliyalı çalışdırıcısı Ruben Amorim klubdaki hədəfləri haqqında danışıb.
Sportline.az xəbər verir ki, “Sky Sports” kanalına müsahibə verən Ruben Amorim bu fikirləri səsləndirib;
“Bossun kim olduğunu göstərməyi sevən birisi deyiləm. Oyunçular bunu kiçik detallarda hiss edəcəklər. Hələ Sir Aleks Fergüsonla tanışma fürsətim olmayıb. Onu kopyalamaq çətindir. Artıq fərqli bir dövrdəyik və onunla eyni adam ola bilmərəm. Buna görə də fərqli bir yanaşma sərgiləməliyəm. Fərqli yanaşma ilə də oyunçularımdan tələblərimi verə bilərəm. Quardiolanın müqavilə müddətini uzatması Premyer Liqadakı hər kəs üçün problem olmalıdır. Amma görməli işimiz var və rəqiblərə fokuslanmırıq. Yalnız bu kluba fikrimizi yönəltməliyik”, - deyə Ruben Amorim bildirib.