Ruben Amorim: “Sportinq” klubunda gözəl xatirələrim oldu”
“Mançester Yunayted”ə yeni baş məşqçi təyin olunan Ruben Amorim mətbuat konfransı zamanı jurnalsitlərin suallarını cavablandırıb.
Sportline.az xəbər verir ki, 39 yaşlı mütəxəsis mətbuat konfarnsında bu fikirləri səsləndirib;
“Sportinq” klubunda gözəl xatirələrim oldu. Bu klubu heç vaxt unutmayacam. Yanvar ayında heç bir “Sportinq” futbolçusu üçün təklif göndərməyəcəm. Həyatımda yeni macəra başlayar. Uğurlu olacağıma inanıram”, - deyə Ruben Amorim bildirib.
Qeyd edək ki, Ruben Amorim baş məşqçi kimi daha əvvəl “Braqa” klubunuda çalışdırmışdı.