"Rubin"də yeni müqavilə
"Rubin" mərkəz müdafiəçisi Aleksey Qritsaenko ilə yeni müqavilə imzalayıb.
Sportline.az Sport24.ru-ya istinadla xəbər verir ki, 29 yaşlı futbolçu 2027-ci ilə qədər Kazan təmsilçisinin şərəfini qoruyacaq.
Qritsaenko 2021-ci ildə "Tambov"dan "Rubin"ə azad agent statusunda keçib. O, daha sonra icarə əsasında "Kuban"da çıxış edib.
Qeyd edək ki, rusiyalı oyunçu "Rubin"in heyətində 70 oyun keçirib və 2 qol vurub.