Rud Van Nisteroy: “Kobi Meynonun zədəsi hələdə sağalmayıb”
“Mançester Yunayted”i müvəqqəti çalışdıran Rud Van Nisteroy ingilis futbolçu Kobi Meynonun zədəsi haqqında danışıb.
Sportline.az xəbər verir ki, Rud Van Nisteroy 19 yaşlı futbolçunun zədəsinin hələdə sağalmadığını bildirib.
“Kobi Meynonun zədəsi hələdə sağalmayıb. Zədəsi ciddi görünür. Lakin müalicəsi davam edir. Onun hələ zamana ehtiyacı var”, deyə Rud Van Nisteroy qeyd edib.
Qeyd edək ki, Kobi Meynonun dekabr ayında yaşıl meydanlara qayıdacağı gözlənilir.