Rud Van Nisteroy “Mançester Yunayted”də qalacaq
“Mançester Yunayted”in yeni baş məşqçisi Ruben Amorimin bu gün İngiltərəyə gələcəyi bildirilir.
Sportline.az ingiltərəli futbol jurnalisti Lauri Vitvelin paylaşımına istinadən xəbər verir ki, Rud Van Nisteroyun Ruben Amorimin göstərişi ilə klubda qalmasını rəhbərlikdən tələb edib.
R.Van Nisteroy “Mançester Yunayted”də Ruben Amorimin köməkçisi olmağa müsbət yanaşır.
Qeyd edək ki, Ruben Amorim bu həftədən etibarən “Mançester Yunayted”i çalışdıracaq.