Rudiger "Real Madrid"də qalmaq niyyətindədir

"Real Madrid"in almaniyalı stoperi Antonio Rudiger klubda qalmaq istəyir.

Sportline.az jurnalist Santi Aounanın məlumatına istiandən xəbər verir ki, Rudiger klubla yeni müqavilə imzalamaq niyyətindədir.

32 yaşlı futbolçunun "Real"la hazırkı müqaviləsi gələn ilin yayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, A.Rudiger ötən mövsüm çıxış etdiyi 50 matçda 3 qol 1 məhsuldar ötürmə müəllifi olub.

Təcrübəli futbolçu 2022-ci ildən "Real Madrid"də çıxış edir.