Runi onu dünyanın ən yaxşı futbolçusu sayır

İngiltərə millisinin sabiq hücumçusu Ueyn Runi dünyanın ən yaxşı oyunçusunun adını açıqlayıb.

Sportline.az "4-3-3" səhifəsinə istinadla xəbər verir ki, Ueyn Runi hazırda dünyanın ən yaxşı futbolçusu olaraq "Mançester Siti"nin norveçli ulduzu Holandı görür.

Runi, Holandın performansını mükəmməl dəyərləndirib.

Əlavə olaraq isə gənc ulduzun daha yolun başında olduğunu və yaxın zamanlarda daha yaxşı oyun göstərəcəyini deyib.