Runinin klubu aşağı liqaya düşdü

İngiltərə millisinin sabiq futbolçusu Ueyn Runinin baş məşqçisi olduğu "Derbi Kaunti" aşağı liqaya düşüb.

Sportline.az xəbər verir ki, komanda Çempionşipin 43-cü turunda bu gün səfərdə "Kvin Park Reyncers"ə 0:1 hesabı ilə uduzub. Bununla da,  yarışın bitməsinə 3 tur qalmış "Derbi Kaunti" liqada qalmağa imkan yaradan 21-ci yerdəki "Redinq"dən 10 xal geridə qalıb və 23-cü pillədə qərarlaşb. Bu isə o deməkdir ki, komanda bu mövsümün sonu liqanı tərk edəcəlk.

Beləliklə, Derbişir təmsilçisi 1986-cı ildən sonra ilk dəfə İngiltərənin üçüncü divizionunda oynayacaq.

Xatırladaq ki, maliyyə pozuntularına görə komandanın bu mövsüm 21 xalı silinib.

Banner