Rusiya klubu baş məşqçisiz qaldı

Rusiyanın "Torpedo" klubunun baş məşqçisi Sergey İqnaşeviç istefa verib.

Sportline.az xəbər verir ki, bu barədə Moskva təmsilçisinin rəsmi saytı məlumat yayıb. 41 yaşlı mütəxəssis bu gün səhər məşqindən əvvəl komanda ilə vidalaşıb.

Qeyd edək ki, Rusiya millisinin sabiq üzvü 2019-cu ilin yayından "Torpedo"nu çalışdırırdı. Onun paytaxt klubu ilə müqaviləsi 2023-cü ilə qədər idi. Rusiyanın birinci divizionunda çıxış edən "Torpedo" 54 xalla 6-cı pillədə qərarlaşıb.