Səfərbərliyin Rusiya futboluna təsiri
“StavropolAqroSoyuz” və "Nefteximik" komandaları arasında keçirilməli olan Rusiya Kubokunun 1/32 final mərhələrinin oyunu ölkədə elan olunmuş qismən səfərbərliyə görə baş tutmaya bilər.
Sportline.az xəbər verir ki, bu barədə Stavropol təmsilçisinin baş məşqçisi Kirill Eydelnant yerli mətbuata açıqlama verib.
Mütəxəssis bildirib ki, komandanın 3 üzvü ordu sıralarına çağırılıb. O, sərəncamında qalan 13 futbolçu ilə I Liqa təmsilçisinə qarşı kubok görüşünə çıxmayacaqlarını söyləyib: "Komandada döyüş təcrübəsi olan uşaqlar var. İlk növbədə bir müdafiəçimiz, ardınca isə hər oyunda qol vuran 2 hücumçumuz bizdən ayrılacaq".
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin sentyabrın 21-də ölkədə qismən səfərbərlik elan edib.