Rusiya millisi 10 il sonra ardıcıl dörd oyun qol buraxmadan qalib gəlib
Rusiya millisi bu gün yoldaşlıq oyununda Vyetnama 3-0 hesabı ilə qalib gəlib.
Sportline.az Championat.com-a istinadla xəbər verir ki, bu, Rusiya millisinin ardıcıl 4-cü quru qələbəsi olub.Valeri Karpinin rəhbərlik etdiyi komanda bundan əvvəl Kuba (8-0), Serbiya (4-0) və Belarusu (4-0) məğlub edib.
Opta statistik portalına görə belə bir hal sonuncu dəfə 2014-cü il Dünya Çempionatının seçmə mərhələsində yaşanıb.O zaman komandaya məhşur italiyalı mütəxəssis Fabio Kapello rəhbərlik edirdi.
Qeyd edək ki, Rusiya millisi sentyabr toplanışındakı ikinci yoldaşlıq oyununu ayın 7-də Tailanda qarşı keçirəcək.