Rusiya millisi FİFA reytinqində 34-cü sıraya enib

FİFA ölkələrin reytinq cədvəlini yeniləyib.

Sportline.az xəbər verir ki, Rusiya millisi 33-cü pillədən 34-cü pilləyə enib.

Xatırladaq ki, sentyabrda Rusiya millisi Hanoyda yoldaşlıq turnirində iştirak edib. İlk oyununda Vyetnam üzərində 3-0 hesabı ilə qələbə qazanan Rusiya seçməsinin Tailandla oyunu isə əlverişsiz hava şəraitinə görə təxirə salınmışdı.

Millinin aktivində hazırda 1508 xal var.

Qeyd edək ki, Rusiya komandaları siyasi vəziyyətlə əlaqədar FİFA və UEFA-nın təşkil etdiyi turnirlərdən kənarlaşdırılıb.