Rusiya və Belarusa daha bir sanksiya

Beynəlxalq Şahmat Federasiyasının (FIDE) Şurası Rusiya və Belarus seçmə komandalarının qurumun himayəsi altında keçirilən turnirlərdə iştirakını qadağan edib.

Sportline.az xəbər verir ki, bu barədə FİDE-nin mətbuat xidməti məlumat yayıb. O da qeyd olunub ki, Rusiya və Belarus qrossmeysterlərinin qurumun fərdi turnirlərində neytral statusda - milli simvollar olmadan iştirak edə bilərlər.

Qeyd edək ki, FIFA da daxil olmaqla əksər idman təşkilatları Ukraynadakı hərbi gərginliklə əlaqədar Rusiya və Belarus komandalarına qadağalar qoyub.