Rusiyada yoldaşlıq görüşünü 16 min azarkeş izləyib

"Dinamo" və "Spartak" komandaları Moskvadakı "VTB Arena"da yoldaşlıq oyunu keçiriblər.

Sportline.az Championat.com-a istinadla xəbər verir ki, paytaxt derbisini stadiondan 16 min azarkeş izləyib. 

Görüşün əsas vaxtı 1-1 hesablı bərabərliklə yekunlaşıb və "Dinamo" futbolçuları penaltilər seriyasında qalib gəliblər. (5-4).

Qeyd edək ki, Rusiya Premyer Liqasında 2024/2025 mövsümü iyulun 20-də start götürəcək.İlk həftədə "Dinamo" komandası "Fakel"i qəbul edəcək. "Spartak" isə "Orenburq" səfərinə yollanacaq.