Rusiyalı futbolçu İngiltərə nəhənglərinin hədəfində

Moskva "Lokomativ"inin yarımmüdafiəçisi Sergey Pinyayev İngiltərə nəhənglərinin diqqət mərkəzindədir.

Sportline.az xəbər verir ki, bu haqda championat.com saytı məlumat yayıb.

İstedadlı futbolçunun "Mançester Siti" və "Çelsi" klublarının hədəfində olduğu bildirilir.

Bu klublardan əvvəl "Liverpul" və "Nyukasl"ın da sözügedən oyunçunu yaxından izlədiyi haqda xəbərlər dolaşırdı.

19 yaşlı futbolçunun həmçinin "Bayer"in də transfer siyahısına düşdüyü söylənilir.