Rusiyalı futbolçu İsveçrə klubunda

Rusiya millisinin yarımmüdafiəçisi Anton Mirançuk karyerasını İsveçrədə davam etdirəcək.

Sportline.az Soccer.ru-ya istinadla xəbər verir ki, "Sion" klubu 28 yaşlı futbolçu ilə razılıq əldə edib.Onunla 2026-ci ilə qədər rəsmi müqavilə imzalanıb.

Mirançuk yeni klubunda 10 nömrəli forma ilə çıxış edəcək.

2013-cü ildən "Lokomotiv'in şərəfini qoruyan yarımmüdafiəçi paytaxt klubu ilə çıxdığı 217 oyunda 51 qol vurub, 34 asist edib.

Qeyd edək ki, "dəmiryolçular"la müqaviləsi ötən mövsümün sonunda başa çatan Mirançuk azad agent statusu daşıyırdı.