Rusiyalı futbolçu karyerasını Qazaxıstanda davam etdirəcək

"Rubin" və "Krasnodar"ın sabiq müdafiəçisi Yeqor Sorokin "Kayrat" klubuna keçib.

Sportline.az Sport24.ru-ya istinadla xəbər verir ki, Almatı təmsilçisi 28 yaşlı futbolçu ilə 2025-ci ilin sonuna qədər müqavilə bağlayıb.

Sorokin "Zenit"in yetirməsidir. O, son olaraq "Elimay" klubunda çıxış edib.

Futbolçu Rusiya millisinin heyətində 1 oyun keçirib.

Qeyd edək ki, "Kayrat"a keçmişlərin məhşur rusiyalı hücumçusu Aleksandr Kerjakov rəhbərlik edir.