Braziliya əsilli rusiyalı futbolçu "Zenit"i tərk edib

"Zenit" klubu müdafiəçi Mario Fernandeslə yollarını ayırdığını açıqlayıb.

Sportline.az Championat.com-a istinadla xəbər verir ki, Sankt-Peterburq klubu Telegram kanalından etdiyi paylaşımda 33 yaşlı futbolçuya təşəkkür edib.

"Tərəflərin qarşılıqlı razılığı əsasında müqaviləyə xitam verilib. "Zenit", komanda ilə keçirdiyi mövsümə görə Mario Fernandesə təşəkkür edir və gələcək həyatında uğurlar arzulayır!" deyə klubun Telegram hesabına açıqlama verilib.

Xatırladaq ki, Mario Fernandes 2023-cü ildə Rusiya klubunun sıralarına qoşulub. Onun klubla müqaviləsi 2025-ci ilə qədər idi. Fernandes ötən mövsüm "Zenit"in heyətində 18 oyuna çıxıb və məhsuldarlıqla yadda qalmayıb.