Rusiyada nə baş verir?

Rusiya Premyer Liqasında eyni gündə iki baş məşqçi istefası gerçəkləşib.

Sportline.az xəbər verir ki, Murad Musayev "Krasnodar"ı, Rəşid Rəhimov isə "Ufa"nı tərk edib. Onlar komandalarının 24-cü tur qarşılaşmalarında böyük hesablı məğlubiyyətlərindən sonra bu addımı atıblar.

"Krasnodar" evdə "Axmat"a 0:5, "Ufa" isə səfərdə Moskva "Dinamo"suna 0:4 hesabı ilə uduzub. Musayevi az öncə MOİK-i tərk etmiş Viktor Qonçarenkonun əvəzləyəcəyi gözlənilir. Rəhimovun yerinə kimin gətiriləcəyi isə hələ məlum deyil.

Qeyd edək ki, "Krasnodar" 2021-ci ilin 8 oyununda cəmi 1 qələbə qazanıb və hazırda 24 görüşdən 34 xalla 10-cu yerdə gedir. 7 oyundur qalib gələ bilməyən və bunların 6-da məğlub olan "Ufa" isə 14 xalla 15-ci yerdə gedir.