"Sabah" baş məşqçi ilə bağlı qərar verdi
"Sabah" klubu müvəqqəti baş məşqçi təyin edilən Ramin Quliyevlə bağlı qərar verib.
Sportline.az xəbər verir ki, 40 yaşlı mütəxəssis ən azı mövsümün sonuna kimi postunda qalacaq.
Martın 11-də ispaniyalı mütəxəssis Visente Qomeslə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verən paytaxt təmsilçisi Azərbaycan Premyer Liqasındakı qalan 8 turda da Quliyevə etimad göstərmək niyyətindədir.
Qeyd edək ki, "Sabah" hazırda Azərbaycan Premyer Liqasında 16 xalla 8-ci pillədə qərarlaşıb.